
Kafu: “Karvahal öz mövqeyində dünyanın ən yaxşılarından biridir”
“Real”ın və İspaniya millisinin futbolçusu Dani Karvahal dünyanın ən yaxşı müdafiəçilərindən biridir.
Komanda.az EFE-yə istinadən xəbər verir ki, bu fikirləri braziliyalı sabiq futbolçu Kafu deyib:
“Mən həmişə demişəm ki, Karvahal öz mövqeyində dünyanın ən yaxşılarından biridir. O, daim irəli gedir, ötürmələr edir, qollar vurur və bu onun xoşuna gəlir”.
İspaniya millisi iyunun 15-də AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Xorvatiyaya böyük hesabla (3:0) qalib gəlib.
Karvahal ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 41 oyun keçirib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin