
Kadi Borges “Sumqayıt”la oyunu buraxacaq
Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutan “Olimpiakos”la matçda zədələnən Kadi Borges tibbi müayinədən keçib.
Komanda.az xəbər verir ki, onun ayaq əzələsində problem aşkarlanıb.
Lakin braziliyalının zədəsinin çox ciddi olmadığı müəyyənləşib. Kadi 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq.
Braziliyalı oyunçu Premyer Liqanın 10-cu turunun “Sumqayıt”la sabahkı matçını buraxacaq. Amma onun Avropa Liqasında “Nant”la (Fransa) səfər görüşündə iştirak edəcəyi gözlənilir.
“Nant” – “Qarabağ” matçı oktyabrın 27-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin