
Kadi Borges parataekvondoçuların məşqində olub
“Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges parataekvondoçuların məşqində olub.
Bu barədə Komanda.az-a Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətindən məlumat verilib.
Futbolçu “Qarabağ”la yanaşı, özünün də pərəstişkarı olan gənc parataekvondoçu Amin Əliyevlə görüşüb. MPK-nın təşkilatçılığı ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında baş tutan görüşdə Ağdam təmsilçisinin üzvü ona öz formasını hədiyyə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



