Kadi Borges matç zamanı huşunu itirdi, xəstəxanaya aparıldı

“Qarabağ”ın sabiq futbolçusu, bu ilin əvvəlində Rusiyanın “Krasnodar” klubuna transfer olunmuş Kadi Borges ciddi xəsarət alıb.

Komanda.az xəbər verir ki, hadisə Rusiya Premyer Liqasının 24-cü çərçivəsində baş tutan Moskva “Spartak”ı ilə oyunda baş verib.

O, top uğrunda mübarizədə rəqib oyunçu Georgi Cikiya ilə toqquşub. Bundan sonra braziliyalı oyunçu yerə yıxılaraq huşunu itirib. Ona ilk tibbi yardımı da Cikiya edib. Rəqib futbolçu Borgesin dilini çıxararaq nəfər almasına kömək edib. Epizoddan sonra özünə gələn Kadi 51-ci dəqiqədə elektromobillə meydandan çıxarılıb. Daha sonra o, təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Braziliyalı yarımmüdafiəçinin üz sümüyünün qırıldığı ehtimal olunur.

Xatırladaq ki, Kadi bu mövsüm Rusiya Premyer Liqasında 7 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button