
Kadi 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq
UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi” ilə matçda zədələnən “Qarabağ”ın futbolçusu Kadi Borges 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu barədə Komanda.az-a Azərbaycan təmsilçisindən məlumat verilib.
Yarımmüdafiəçi matçdan sonra müayinədən keçib. Nəticələrə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.
Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.
“Qarabağ” – “Çelsi” oyunu 2:2 hesabı ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



