Benzemanın vəkilindən açıqlama

“Əl-İttihad”ın hücumçusu Kərim Benzemanın vəkili Hyuq Vijye fransalı futbolçunun Səudiyyə Ərəbistanı çempionatında çıxışını şərh edib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, vəkil, müştərisinin Səudiyyə Ərəbistanına qayıtmaq üzrə olduğunu bildirib:

“Onun eniş-yoxuşları, zədələri var idi. Kərim bir neçə günlük getdi və indi Səudiyyə Ərəbistanına qayıdır. Biz onun yenidən ayağa qalxdığını gördük. Bu, bütün idmançılarda olur”.

Daha əvvəl məlum olmuşdu ki, Benzema artıq bu transfer pəncərəsində “Əl-İttihad”ı tərk edə bilər. Benzema ötən yay azad agent kimi “Əl-İttihad”a keçib. Futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button