Kərəm Bundesliqa klubu ilə 5 illik müqaviləyə imza atdı

Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi digər elita klubu “Hoffenhaym”da forma geyinən Kərəm Dəmirbayı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Türkiyə əsilli almaniyalı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. O, yeni komandasında 26 nömrəli formanı geyinəcək.

Almaniya yığmasında da 2 oyun keçirmiş 25 yaşlı yarımmüdafiəçinin keçidi “Bayer”ə 28 milyon avroya başa gəlib. Belə ki, sözügedən klub Dəmirbayın azad agent statusu alması üçün “Hoffenhaym”a məhz bu qədər təzminat ödəyib. Halbuki, “Hoffenhaym” Kərəmi 2016-cı ildə “Hamburq”dan 1,6 milyon avroya transfer etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button