“Kəpəz”in zədəlilərinin son durumu açıqlandı

“Kəpəz”in zədəli futbolçuları Yeqor Xvalko və Mixeil Erqemlidzenin müalicəsi davam edir.

Klubun tibb xidmətindən Komanda.az-a verilən məlumata görə, Xvalkonun topuq və daban nahiyəsində ağrılar var.

Erqemlidzenin isə körpücük sümüyü əzilib. Zədə səbəbindən onlar “Qəbələ”yə qarşı görüşü buraxacaqlar.

Hər iki futbolçu “Neftçi” ilə oyunda zədələnərək əvəzlənmişdilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button