“Kəpəz”in üzvləri Gəncə Memorial Kompleksini ziyarət edib

18 oktyabr — Müstəqilliyin Bərpası Günü münasibətilə “Kəpəz” Peşəkar Futbol Klubunun üzvləri Gəncə Memorial Kompleksini ziyarət ediblər.

Komanda.az xəbər  verir ki, əvvəlcə 44 günlük Vətən müharibəsi zamanı erməni terrorunun qurbanı olan həmvətənlərimizin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

Daha sonra klub üzvlərinə kompleksin tarixi və müxtəlif dövrlərdə dinc sakinlərə qarşı törədilmiş terror hadisələri barədə ətraflı məlumat verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button