“Kəpəz”in hazırlıq planı açıqlandı

Qış fasiləsi üçün istirahətə buraxılan “Kəpəz” məşqləri gələn ilin ilk günlərində bərpa edəcək.

Komanda.az xəbər verir ki, hazırlıq planına əsasən, yanvarın 2-də Gəncədə bir araya gələcək komanda üzvləri ayın 5-nə kimi burada məşq edəcəklər.

“Sarı-göylər” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaqlar. Tərlan Əhmədovun yetirmələri 7-19 yanvar tarixlərində qardaş ölkədə hazırlıq keçəcəklər. Toplanış Antalyanın Bələk qəsəbəsində reallaşacaq.

Hazırlıq prosesinin Türkiyə hissəsi ilə bağlı daha geniş informasiya qarşıdakı günlərdə veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button