
“Kəpəz”in daha bir futbolçusu əməliyyat olundu
“Kəpəz”in futbolçusu Elmir Tağıyev əməliyyat olunub.
Komanda.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Əməliyyat uğurla aparılıb. Tağıyevin bərpa müddəti 3 həftə çəkəcək. Futbolçuya əzələ qopması diaqnozu qoyulmuşdu.
“Kəpəz” bundan öncə digər futbolçusu İlkin Qırtımovun da əməliyyat olunduğunu açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin