“Kəpəz”in son matçda zədələnən futbolçusunun durumu məlum oldu
“Araz-Naxçıvan”la oyunun sonlarında mübarizə anında rəqib futbolçu ilə toqquşmadan sonra qıcolma tutması keçirən “Kəpəz”in futbolçusu Yeqor Xvalkonun vəziyyəti yaxşıdır.
Komanda.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəstəxanaya aparılan kapitan müvafiq müayinələrdən keçirilib və səhhətində problem aşkarlanmayıb.
“Kəpəz” “Araz-Naxçıvan”a 0:1 hesabıyla məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin