“Kəpəz”in 200-cü qolu

“Kəpəz” Azərbaycan kubokunda 200-cü qolunu vurub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, bu, 2025/26 mövsümünün “Bizon” Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində baş verib.

“Ağstafa Gəncləri” ilə ev oyununda 6:1 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin 4-cü qolu yubiley xarakteri daşıyıb. “Kəpəz”in kubokdakı 200-cü qoluna Elcan Əbilov imza atıb.

Qərb təmsilçisi 111-ci matçında top sayını 202-yə yüksəldib. Bu göstəricidə yalnız “Qarabağ”la “Neftçi”dən geri qalan “Kəpəz” evdə 117, səfərdə 78, neytral meydanlarda 7 dəfə fərqlənib.

Gəncəlilərin ilk qolu 1993 mövsümünə təsadüf edib. “Kəpəz” 1/32 finalın ilk oyununda səfərdə “Nicat”la heç-heçə oynayıb – 2:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button