“Kəpəz” rəsmisindən Tərlan Əhmədov və Azər Bağırovla bağlı AÇIQLAMA

“Kəpəz” son turda “Qəbələ”yə məğlubiyyətdən (0:3) sonra baş məşqçi Adil Şükürovla yollarını ayırdı. Bölgə təmsilçisinin adı mətbuatda tez-tez sabiq baş məşqçiləri Azər Bağırov və Tərlan Əhmədovla yanaşı hallanır.

Komandanı çalışdıracaq yeni baş məşqçi və bu kimi məsələlərlə bağlı “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Gəray Qiyasovla əlaqə saxladıq. Klub rəsmisi Komanda.az-a açıqlamasında bir neçə məşqçi ilə danışıqlar getdiyini bildirdi:

“Hələ ki, bir neçə nəfərlə danışıqlar gedir. Məsələ həllini tapdıqda klub tərəfindən açıqlama veriləcək”.

O, əlavə etdi ki, komandanı Azərbaycan Premyer Liqasının növbəti turunda “Turan Tovuz”la oyuna əvəzedicilərin baş məşqçisi Xaliq Mərdanov və və klubun koordinatoru Vasif Vəliyev çıxaracaq.

Klub rəsmisinin “mətbuatda Azər Bağırov və Tərlan Əhmədovun adı hallanır. “Kəpəz” bu məşqçilərlə danışıqlar aparırmı” sualına cavabı isə belə oldu:

“Adları hallanan təkcə onlar deyil. Çox məşqçilərlə danışıqlar aparılır. Yekun qərar klub tərəfindən açıqlanmayıb”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button