“Kəpəz”i bu vəziyyətdən çıxaracağıq” – Azər Bağırov

“Kəpəz”in yeni baş məşqçisi Azər Bağırov təyinatı ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, o, komandanın çempionatda düşdüyü çətin durumla bağlı klub rəhbərliyi ilə müzakirə apardığını deyib:

“Komandanın durumu ilə bağlı bizi ağır iş gözləyir. Çempionatda bütün oyunlarda məğlub olmuşuq, çox da qol buraxmışıq. Çalışıb bunu aradan qaldıracağıq. Vəziyyətlə bağlı klub rəhbərliyi ilə fikir mübadiləsi aparmışıq. Gəncənin, “Kəpəz”in Azərbaycan futbolunda xüsusi yeri, əvəzolunmaz mövqeyi var. Burada futbolu həddindən çox sevirlər. İnşallah, Gəncə futbolunun ənənəsini geri qaytarmaq üçün işlər görəcəyik”.

Bağırov komandanı bu durumdan çıxaracağına inandığını bildirib: “Yaxşı, döyüşkən komanda formalaşdıraraq düşdüyümüz vəziyyətdən çıxacağıq. Buna inanıram. Hamıdan bu işə dəstək istəyirəm. Azarkeşlər “Kəpəz”in güclü tərəfidir, əsas üstünlüyüdür. Komandamızı ruhlandıraq, qələbələrə səsləyək”.

Xatırladaq ki, “Kəpəz” bu gün 40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button