“Kəpəz”dən yeni transfer

“Kəpəz” yeni futbolçu transferini açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Şakir Seyidov növbəti dəfə bölgə klubunda çıxış edəcək. Müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Oyunçu 2023/2024 mövsümündə də “Kəpəz”in formasını geyinib. Həmin dövrdə “Sabah”dan icarəyə götürülmüş futbolçu 28 matçda 1 qola imza atıb. Seyidovun son klubu da “Sabah” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button