“Kəpəz”dən təkzib: “Əsassız paylaşılan məlumatlar həqiqəti əks etdirmir”
“Bu gün bəzi saytlarda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, “Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvü Həmid Nəsirovun Baş Prokurorluq tərəfindən guya saxlanıldığı və dindirildiyi haqqında həqiqətə uyğun olmayan məlumatlar paylaşılıb”.
Komanda.az xəbər verir ki, bu fikirlər “Kəpəz” PFK-nın mətbuat xidməti tərəfindən verilən açıqlamada yer alıb.
O da bildirlib ki, əsassız paylaşılan məlumatlar həqiqəti əks etdirmir:
“Həmid Nəsirov həm klubun Müşahidə Şurasının üzvü, həm də baş idarənin rəisi kimi öz işini davam etdirir. “Kəpəz”in Premyer Liqada mübarizəyə hazırlaşdığı dövrdə Həmid Nəsirov daim kluba dəstək verir, qayğıları ilə maraqlanır, diqqət göstərir. Yeri gəlmişkən, sabah Gəncə şəhər Gənclər və İdman Baş İdarəsində Həmid Nəsirovun təşəbbüsü ilə U-13 liqasının bürünc mükafatçısı olan komandanın üzvləri ilə görüş keçiriləcək. Həmin görüşdə futbolçular və məşqçilər mükafatlandırılacaqlar”.
Bizi Facebook-da izləyin