
“Kəpəz”dən ayrılan futbolçu rəsmən “Səbail”də
“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, paytaxt klubu “Kəpəz”dən ayrılan Yusif Nəbiyevi heyətinə qatıb.
Tərəflər 1 illik müqaviləyə imza atıblar. Məlumatı “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin