“Kəpəz”də portuqaliyalı qapıçı – Rəsmi

Kəpəz” heyətini portuqaliyalı qapıçı ilə gücləndirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tam adı Paulu Rojeriu Veyqa dos Santos olan qolkiperlə 1 illik müqavilə bağlanıb.

Portuqaliyalı qapıçının son klubu vətənində aşağı liqa təmsilçisi “Lenk Vilaverdense” olub. 25 yaşlı “çərçivə qoruyucusu” “Braqa” klubunun akademiyasının yetirməsidir.

O, ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button