
“Kəpəz”də özünəinam itib” – Xaliq Mərdanov
“Kəpəz”in məşqçisi Xaliq Mərdanov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyun haqda danışıb.
Komanda.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyəti belə şərh edib:
“Rəqibi analiz etmişdik və həftəiçi bunun üstündə işlədik. Bəzi çatışmazlıqlar var ki, bu, bizi məğlubiyyətə gətirib çıxardı. İstədik ki, geridönüş edək. Təəssüflər olsun ki, alınmadı. Komandada potensial var, lakin komanda qurmaq lazımdır. Komandaya məşqçi olaraq yeni nəfəs lazımdır. Bizdə komandanın 95 faizi yeni oyunçulardan ibarətdir. Biz akademiyanın futbolçularını önə çıxardaraq komanda qurmaq istəyirik. Uşaqlarda hazırda məğlubiyyət hissi var və özünəinam itib. Bu, fərdi səhvlərdən oldu. İstəyirik ki, bu inam hissini qaldıraq.
Mənə hələlik 1-2 oyunluq komandaya rəhbərlik etməyi deyiblər və komanda hazırda mənə tapşırılıb. Hər şey rəhbərlikdən asılıdır. Mən namizədliyimi irəli sürmək istəmirəm. Mənim əsas işim gənc oyunçuları yetişdirməkdir.”
Nəzrin
Bizi Facebook-da izləyin



