“Kəpəz” üçün daha bir tərəfdaş

Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə “Kəpəz” Peşəkar Futbol Klubu və “Babir” idman geyimləri markası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Komanda.az xəbər verir ki, “Kəpəz” Futbol Akademiyasında təşkil edilən imzalanma mərasimində tərəfdaşlıq müqaviləsini “Kəpəz” PFK İB-nin İdarə Heyətinin sədri İlqar Nadiri və “Babir”in nümayəndəsi Zaur Cəfərov imzalayıblar.

Müqaviləyə əsasən, “Babir” brendi “Kəpəz” Futbol Akademiyasını oyun geyimləri ilə təmin edəcək.

Qeyd edək ki, “Babir” futbolçuların performansını artırmaq və onlara ən yüksək səviyyədə rahatlıq təmin etmək üçün peşəkar idman geyimləri istehsal edir. Marka bəbirin gücü, çevikliyi və sürətini futbolçuların meydanda göstərdiyi performansla geyimlərində əks etdirməyə çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button