“Kəpəz” son 12 mövsümdə bunu ilk dəfə bacardı

“Kəpəz” son 12 mövsümdə ilk dəfə evdə keçirdiyi ardıcıl iki matçda qonaqların qapısına minimum üç qol vurub.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi buna Misli Premyer Liqasının 21-ci turunda evdə “Sabah”ı 3:2 hesabı ilə məğlub etməklə nail olub.

“Sarı-göylər” 19-cu turda “Turan Tovuz”a 5:2 hesabı ilə qalib gəlib. Qərblilər sonuncu dəfə 2011/2012 mövsümündə belə göstəriciyə imza atıb. Gəncə təmsilçisi 2012-ci ilin martında “Qəbələ”ni 3:2, “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.

“Kəpəz”in evdə ardıcıl üç və ya daha çox top vurduğu oyunların sayındakı rekordu 7 matçdan ibarətdir. Bu seriya 1997-1998-ci illərdə qeydə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button