“Kəpəz” “Sabah”la oyuna itkilərlə çıxacaq

Bu həftə futbol üzrə Birinci Divizonunda 18-ci turun görüşləri keçiriləcək.

Komanda.az xəbər verir ki, “Kəpəz” bu turda Gəncə şəhər stadionunda oyuna çıxacaq. “Sarı-göylər” doğma meydanda “Sabah”ın ikinci komandasını qəbul edəcək.

Etibar İbrahimovun yetirmələri oyun öncəsi son məşqinə bu gün matçın keçiriləcəyi arenada çıxıb. Təxminən 45 dəqiqə davam edən məşq prosesi yüngül xarakteri daşıyıb. Fubolçular məşqçilər korpusunun tapşırığına əsasən daha çox toplu çalışmalar üzərində işləyiblər. Ötən tur “Qaradağ Lökbatan” üzərində II dövrədə ilk qələbəsini qazanan “Kəpəz” düşərgəsində yüksək əhval-ruhiyyə höksm sürür.

Komanda qarşıdakı oyuna itkilərlə çıxacaq. Gəncəlilərin heyətində həm cəzalı, həm də zədəli futbolçu var. Vitse-kapitan Qaraxan Əliyev sarı vərəqə limitini doldurduğundan oyuna tribunadan baxacaq. Əməliyyat olunan Nihat Verdiyevin isə müalicəsi hələ davam edir. Onların yoxluğunda “sarı-göylər”in digər üzvləri oyuna hazırdırlar.

“Kəpəz” – “Sabah 2” matçı martın 7-də saat 15:00-da başlayacaq. Oyunun baş hakimi Vüqar Həsənli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button