
“Kəpəz” Redniki gətirir? – AÇIQLAMA
Artıq uzun müddətdir ki, mətbuatda “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednikin “Kəpəz”in “sükanı arxasına” keçə biləcəyi ilə bağlı məlumatlar dolaşır. Məlumatlara görə, yeni sponsorların gəlişindən sonra Gəncə təmsilçisi cari mövsümün sonunda baş məşqçisi Azər Bağırovla vidalaşacaq, onun yerinə Azərbaycanda iş təcrübəsi olan rumıniyalı mütəxəssis Redniki gətirəcək.
Amma “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev Komanda.az-a açıqlamasında bu məlumatı yalanlayıb:
“Redniklə bağlı xəbərlər düzgün məlumat deyil. Klub rəhbərliyi heç bir məşqçi ilə danışıq aparmır”.
“Kəpəz” Azərbaycan Premyer Liqasında keçirdiyi 31 oyundan sonra 28 xalla 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



