“Kəpəz” rəsmisindən belaruslu qapıçı ilə bağlı AÇIQLAMA
“Kəpəz”in portuqaliyalı qapıçı İqor Rodriqesi transfer etdikdən sonra komandanın qolkiperi Vladislav Vasilyuçekin klubun düşərgəsindən göndərilməsi ilə bağlı mətbuatda xəbərlər yayılıb.
Komanda.az məsələ ilə bağlı Gəncə klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxlayıb. Klub rəsmisi yayılan xəbərləri təkzib edib:
“Bəzi media qurumlarında, bəzi saytlarda “Kəpəz”in Vasilyuçeklə müqaviləni pozması və qapıçının klubun düşərgəsindən göndərilməsi haqqında xəbərlər var. Bu, həqiqəti əks etdirmir. Belaruslu qolkiper məşqlərdə iştirak edir. Onun bizimlə müqaviləsi var. Futbolçu oyunlara əzmlə hazırlaşır və məşqlərdə özünü ən yaxşı tərəfədən göstərməyə çalışır”.
“Kəpəz” portuqaliyalı İqor Rodriqeslə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə bağlayıb.
Akif Əhmədov
Bizi Facebook-da izləyin