
“Kəpəz” rəsmisi: “Yeni baş məşqçinin əcnəbi olacağı ehtimalı sıfıra bərabərdir”
“Kəpəz”in idman məsələləri üzrə müşaviri Erkin İbrahimov Komanda.az saytına açıqlama verib.
O, Azər Bağırovun istefasından sonra komandanın yeni baş məşqçisinin əcnəbi mütəxəssis olma ehtimalının sıfıra bərabər olduğunu bildirib:
“Biz heç bir açıqlama vermirik. Onu deyə bilərəm ki, yeni baş məşqçinin əcnəbi mütəxəssis olacağı ehtimalı sıfıra bərabərdir. Biz belə deyirik, mətbuat isə fərqli məlumatlar yayır. Gərək deyək ki, əcnəbi olacaq, ondan sonra inansınlar. Hadisələr son anda baş verdi, bizim üçün də sürpriz oldu. Bu gündən axtarışlara başlamışıq.
Azər Bağırovun komandadan ayrılması bizim üçün də sürpriz oldu. “Turan Tovuz”la matçdan sonra keçirilən mətbuat konfransında necə danışıbsa, hər şey onun dediyi kimi baş verib”.
Azərbaycan Premyer Liqasının sonuncu – 36-cı turunun “Turan Tovuz” – “Kəpəz” oyunundan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov klubla vidalaşıb.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin