“Kəpəz” Premyer Liqada ev oyunlarını Bakıda keçirə bilər
“Gəncə stadionunda bir ay əvvəl nümayəndəmiz olub, çatışmazlığı rəhbərliyə deyib”.
Komanda.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının qarşıdakı mövsümünün püşkatma mərasimində deyib.
Qurum rəhbəri bildirib ki, mövsümün startına qədər Gəncə şəhər stadionu hazır olmalıdır:
“AFFA rəhbərliyi də məsələdən xəbərdardır. Mövsümün startına qədər çatdırmasalar, o zaman ilk turun oyununun başqa stadionda keçirilməsi tələb olunacaq. Bu, “Dalğa Arena” ola bilər, başqa stadion da”.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin