“Kəpəz” məşqləri Gəncədə bərpa etdi
“Neftçi” ilə səfər oyunundan sonra bir gün istirahət edən “Kəpəz” bu gün məşqləri bərpa edib.
Komanda.az xəbər verir ki, həftəsonu “Qəbələ”yə qarşı keçiriləcək oyunun ilk hazırlıq prosesi Gəncə şəhər stadionunun süni örtüklü meydançasında olub.
30-a yaxın azarkeşin izlədiyi məşqdə futbolçular məşqçilər korpusunun verdiyi tapşırıqlar üzrə çalışıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin