“Qarabağ”ın sabiq futbolçusu rəsmən “Kəpəz”də
“Kəpəz” klubu növbəti transferini həyata keçirib.
Komanda.az xəbər verir ki, Gəncə təmsilçisi Nicat Süleymanovla güclənib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə bağlanacaq.
Süleymanov vaxtilə “Qarabağ” və “Zirə” kimi klublarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin