“Kəpəz” İspaniya klublarında oynamış futbolçu ilə anlaşıb
“Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Gəncə təmsilçisindən Komanda.az-a verilən məlumata görə, gürcüstanlı Georgi Papunaişvili “sarı-göylər”in şərəfini qoruyacaq.
27 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.
Tbilisi “Dinamo”sunun yetirməsi olan Papunaişvili ölkəsi ilə yanaşı, Avropada da çıxış edib, İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. O, Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında oynayıb və Gürcüstan yığmasında 12 oyunda 2 qol vurub.
Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Papunaişvilinin son klubu ölkəsində “Telavi” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin