“Kəpəz” Erkin İbrahimovla yollarını ayırdı – Rəsmi

Erkin İbrahimov “Kəpəz”in İdarə Heyətinin üzvülüyündən çıxarılıb. 

Komanda.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Bölgə təmsilçisinin baş tutan iclasında bir sıra qərarlar qəbul olunub.

İbrahimov şəxsi vəziyyəti ilə əlaqədar klubun işlərinə tam köklənə bilmədiyini bildirib və İdarə Heyətinin üzvlüyündən ayrılmaq istədiyini təkrar olaraq açıqlayıb.

İdarə Heyətinin sədri müraciəti qəbul edib və nəticədə Erkin İbrahimov İdarə Heyətinin üzvlüyündən çıxarılıb.

“Sarı-göylər” digər struktur dəyişiklikləri barədə isə yaxın günlərdə məlumat veriləcəyini diqqətə çatdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button