“Kəpəz” cərimə olundu, əməkdaşı cəza aldı
AFFA İntizam Komitəsi “Kəpəz” klubunun analitiki İlkin Verdiyevi cəzalandırıb.
Komanda.az xəbər verir ki, buna onun Azərbaycan Premyer Liqasının 4-cü turunun “Səbail”lə səfər oyunu bitdikdən sonra KİV nümayəndəsinin çəkiliş aparmasına mane olması və ona fiziki təzyiq göstərməyə cəhd etməsi səbəb olub.
İntizam Komitəsi İlkin Verdiyevi ikisi şərti olmaqla 5 oyun cəzalandırıb, “Kəpəz” klubu isə 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Qarşılaşma “Səbail”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin