“Kəpəz” bunu 6 ildən sonra bacardı
“Kəpəz” Azərbaycan Premyer Liqasının 24-cü turunda “Sumqayıt”ı məğlub edib (2:1).
Komanda.az xəbər verir ki, həmin matç Gəncə təmsilçisi üçün əlamətdar olub. Azərbaycan çempionatında ardıcıl ikinci qələbəsini qazanan “sarı-göylər” sonuncu belə uğuru 2016/17 mövsümündə əldə edib.
“Kəpəz” 2017-ci ilin aprelində ardıcıl dörd matçda üç xal qazanıb. Gəncəlilər 2017/2018 mövsümündə və cari çempionatın əvvəlki turlarında iki qələbədən artıq seriyaya imza atmayıb.
“Sumqayıt”la oyun həm də “Kəpəz”in qol vurduğu 400-cü matç kimi tarixə düşüb. Yalnız üç komanda daha çox görüşdə fərqlənib. Bunlar “Qarabağ”, “Neftçi” və “Şamaxı”dır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin