“Kəpəz” belə şey yaşamamışdı
“Kəpəz” tarixinin ən uğursuz startına imza atıb. Gəncə təmsilçisi Misli Premyer Liqasının ilk 4 turunda xal toplamayıb.
Komanda.az xəbər verir ki, qərblilər 2012/13 mövsümündə də startda ardıcıl 4 məğlubiyyət alıb. Lakin həmin vaxt top fərqi indiki ilə müqayisədə daha yaxşı olub.
10 il əvvəl startda 2 qol vuran və 11-ni buraxan “Kəpəz”də fərq “-9”a bərabər olub. Bu dəfə komandanın aktivində 4 qol varsa, rəqiblər 14 dəfə fərqlənib. Yəni fərq “-10”dur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin