“Kəpəz” Azər Məmmədovun istefasını rəsmən açıqladı
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov istefa verib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc mütəxəssis mövsümün əvvəlindən “Kəpəz”i çalışdırırdı. Onun rəhbərlik etdiyi komanda bu mövsüm Premyer Liqada 6 xalla sonuncu pillədə qərarlaşıb.
Klub gələcək karyerasında Azər Məmmədova uğurlar arzulayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin