“Kəpəz” 10 min manat cərimə olundu

Azərbaycan Premyer Liqası təmsilçisi “Kəpəz” 10 min manat cərimələnib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna 9-cu turda “İmişli” ilə matçda yaşananlar səbəb olub. Oyununun 25-ci dəqiqəsində “Kəpəz”in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq diskvalifikasiya edilib. Onun klubu 1000 manat cərimələnib. Oyununun 38-ci dəqiqəsində azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə isə Gəncə klubu daha 6000 manat ziyana düşüb. Həmçinin, azarkeşlər qarşılaşmanın 68-ci dəqiqəsində pirotexniki vasitədən istifadə edildiyinə görə klub daha 3000 manat cərimə olunub.

“Qəbələ” – “Neftçi” oyunu bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə paytaxt klubu da 3000 manat ziyana düşüb.

9-cu turun “Araz-Naxçıvan” – “Sabah” oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah” 700 manat cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button