“Lester”in hücumçusu azarkeşlərdən üzr istədi

“Lester”in hücumçusu Ceymi Vardi komandasının uğursuz mövsümünü şərh edib.

“Lester” 33-cü turda “Liverpul”a (0:1) uduzaraq, növbəti mövsümdə Premyer Liqada qalmaq şanslarını itirib.

Komanda.az xəbər verir ki, ingiltərəli futbolçu sosial şəbəkə hesabındakı paylaşımında heç bir bəhanənin olmadığını bildirib:

“Bilmirəm nə deyim. Kəlmələr mənim bu mövsümə olan qəzəbimi və kədərimi ifadə edə bilməz. Heç bir bəhanə yoxdur: biz uğursuz olduq. Gizlənmək üçün heç bir səbəb yoxdur.

Mən artıq uzun müddətdir ki, bu klubda oynayıram və çoxlu yüksəlişlər, enişlər yaşadım, amma bu mövsüm tam bir məyusluq oldu. Bu vəziyyət üçün çox utanıram və təəssüf edirəm ki, siz də bütün bunları yaşamalı olduz.

Azarkeşlərdən üzr istəyirəm. Biz lazım olan səviyyədə oynadıq və üzr istəyirəm ki, mövsümü belə bərbad bir çıxışla başa vurduq”.

“Lester” növbəti mövsümdən çıxışını Çempionşipdə davam etdirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button