“Kəpəz”in kollektivi Türkiyənin Gəncədəki Baş Konsulluğunu ziyarət etdi

“Kəpəz” rəhbərliyi və əsas komandanın üzvləri qardaş Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların xatirəsini anıblar.

Komanda.az xəbər verir ki, bu məqsədlə Türkiyənin Gəncədə Baş Konsulluğunun binasının önündəki xatirə guşəsi ziyarət olunub.

Konsulluğun önünə tər qərənfillər düzülüb, fəlakət qurbanlarının ruhuna dualar oxunub.

Klubun İdarə Heyətinin sədri İlqar Nadiri xatirə kitabına başsağlığı diləklərini, ürək sözlərini yazıb.

İlqar Nadiri və idman direktoru Mehman Allahverdiyev “Kəpəz” ailəsi adından Baş konsul Recep Öztopa başsağlığı veriblər.

Azərbaycanın daim Türkiyənin yanında olduğu, qardaş ölkənin güclü dövlət kimi bu fəlakətin də öhdəsindən gələcəyi qeyd olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button