“Kəpəz”in futbolçusu uzun müddət sonra geri qayıtdı

“Kəpəz”in uzun müddət zədəli olan futbolçusu Elmir Tağıyev komanda ilə məşqlərə qoşulub.

Komanda.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi 10 gün fərdi şəkildə çalışdıqdan sonra kollektivə qatılıb. Tibb xidmətinin son müayinəsinin ardından ona komanda ilə birgə məşqlərə başlamasına icazə verilib.

Elmir Tağıyev ötən mövsümdən “Kəpəz”in formasını geyinir.

Gəncə klubu sabah Premyer Liqanın 12-ci turunda “Səbail”lə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button