
“Kəpəz”in futbolçusu 1-ci liqa klubuna keçib
“Kəpəz” futbolçusu Elnur Cəfərovu icarəyə verib.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçi mövsümün sonuna qədər 1-ci liqa təmsilçisi “İmişli”də çıxış edəcək.
“İmişli” 12 turdan sonra 20 xalla 4-cü sıradadır.
2023-cü ilin yayında “Kəpəz”ə keçən Elnur Cəfərov klubla 1+1 illik müqavilə bağlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin