![](https://komanda.az/wp-content/uploads/2019/01/loqo-melumat_48.jpg)
“Kəpəz”in daha iki rəqibi məlum oldu
![](https://azeturk.qalata.com/wp-content/uploads/2019/01/loqo-melumat_48.jpg)
“Kəpəz” qış hazırlığı dövründə daha üç yoxlama oyunu keçirəcək.
Komanda.az xəbər verir ki, rəqiblərdən biri daha əvvəldən məlum idisə, iki komandanın adı yeni müəyyənləşib. Belə ki, Gəncə klubu yanvarın 25-də “Keşlə”nin (başlama saatı 12:00), 30-da isə “Qarabağ”ın ikinci komandası ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda keçiriləcək.
Bu matçlardan öncə isə “sarı-göylər” ayın 19-da səfərdə “Ağsu”nun qonağı olacaq. Görüş saat 13:00-da başlayacaq.
“Kəpəz” ilk yoxlama oyununu “Turan Tovuz”a qarşı keçirib və 0:2 hesabıyla məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin