“Kəpəz”in daha bir futbolçusu “Araz-Naxçıvan”a qarşı oyunda olmayacaq
“Kəpəz”in daha bir futbolçusu Azərbaycan Premyer Liqasının 21-ci turunda “Araz-Naxçıvan”la keçiriləcək oyunu buraxacaq.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Georgi Papunaşvili bu gün baş tutacaq görüşdə iştirak etməyəcək.
Buna səbəb 28 yaşlı gürcüstanlı futbolçunun səhhətində problem yaranmasıdır. Onunla yanaşı, digər legionerlər Yeqor Xvalko, Mate Kvirkvia və yerli oyunçu Elmir Tağıyev cəzalı olduqları üçün məşqçilər korpusunun sərəncamında olmayacaqlar.
Qəbələ şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Araz-Naxçıvan” oyunu saat 15:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin