
“Kəpəz”dən yeni transfer
“Kəpəz” yeni futbolçu transferini açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Şakir Seyidov növbəti dəfə bölgə klubunda çıxış edəcək. Müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Oyunçu 2023/2024 mövsümündə də “Kəpəz”in formasını geyinib. Həmin dövrdə “Sabah”dan icarəyə götürülmüş futbolçu 28 matçda 1 qola imza atıb. Seyidovun son klubu da “Sabah” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



