“Kəpəz”dən Hüseyn Əliyevin doğum gününə özəl təbrik

Bu gün vətən müharibəsi zamanı Gəncəyə atılan raket zərbələri nəticəsində hər iki valideynini itirən Hüseyn Əliyevin doğum gündür.

Komanda.az xəbər verir ki, Hüseynin 11 yaşı tamam olur.

Şəhid ailəsinin övladı həm də Gəncə klubunun aşağı yaş qrupu üzrə müvafiq komandasının üzvüdür.

“Kəpəz” – “Sumqayıt” oyunundan əvvəl ona Gəncə klubu tərəfindən hədiyyələr təqdim olunub. Futbolçular ilə birlikdə meydana çıxan Hüseynə kapitan Yusif Nəbiyev hədiyyələr verib. Həmçinin, oyunda topa simvolik olaraq ilk zərbəni də Hüseyn Əliyev vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button