“Kəpəz”də Əhmədov istefaya göndərildi, yeni baş məşqçi açıqlandı
“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.
İdarə Heyətinə yeni üzvlərin qəbulu və əsas komandaya baş məşqçi təyinatı toplantının əsas müzakirə mövzusu olub.
Mehman Allahverdiyev və Müzadil Həsənov “Kəpəz” klubunun İdarə Heyətinə üzv qəbul edilib.
İdarə Heyətinin qərarı ilə Azər Məmmədov əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunub. Mütəxəssis ilə 1+1 illik müqavilə imzalanacaq.
Xatırladaq ki, “Kəpəz”i son mövsümdə Tərlan Əhmədov çalışdırırdı. Lakin klub rəhbərliyi onunla yeni müqavilə bağlamaq istəməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin