“Kəpəz”də istirahətə son, məşqə davam
“Səbail” ilə yoxlama görüşündən sonra iki günlük istirahətə buraxılan “Kəpəz” sabah məşqləri bərpa edəcək.
Komanda.az xəbər verir ki, hazırlıq proqramına əsasən iyulun 10-da iki məşq var.
Futbolçular əvvəlcə saat 10:30-da Gəncə Olimpiya İdman Kompleksində bir araya gəlib trenajorda çalışacaqlar. Saat 18:30-a təyin olunan günün ikinci məşqində isə komanda üzvləri Gəncə şəhər stadionunda yığışacaqlar. “Sarı-göylər” arenanın yeni istifadəyə verilən təbii örtüklü meydanında məşq edəcəklər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin