
“Kəpəz” yeni baş məşqçisini təqdim etdi
“Kəpəz” yeni baş məşqçisi Azər Məmmədovla rəsmi müqavilə bağlayıb.
Komanda.az xəbər verir ki, 47 yaşlı mütəxəssis 1+1 il müqaviləyə imza atıb.
Daha sonra Məmmədov ictimaiyyətə təqdim olunub. Təqdimat mərasimində klub rəhbərliyi, İdarə Heyətinin nümayəndələri və media əməkdaşları iştirak ediblər.
Məmmədov “sarı-göylər”in “sükanı arxasında” Tərlan Əhmədovu əvəzləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin