“Kəpəz” Serbiya klubu ilə “sülh bağladı”
“Kəpəz” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti sınaq matçını keçirib.
Komanda.az xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda Serbiyanın “Novi Pazar” kollektivi ilə üz-üzə gəlib.
Bakı vaxtı ilə saat 16:00-da başlayan oyunda qapılara qol vurulmayıb.
Qeyd edək ki, gəncəlilər Antalyadalı ilk oyunda Macarıstanın “MTK Budapeşt” komandasını 1:0 hesabı ilə məğlub etmişdi.
“Kəpəz” yanvarın 18-də daha bir oyun keçirəcək. Qərb təmsilçisi son sınaq matçında Qazaxıstanın “Kaysar” klubu ilə üz-üzə gələcək.
Yoxlama oyunu
16 yanvar
Kəpəz – Novi Pazar 0:0
Antalya, “Atlantis” təlim bazası.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin