
“Kəpəz” sabiq oyunçusunu geri qaytardı
“Kəpəz” Nicat Süleymanovla anlaşıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanıb.
26 yaşlı futbolçu son mövsümü Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan”da keçirib.
Süleymanov əvvəllər də “Kəpəz”də çıxış edib. Süleyman həm 1-ci Liqada, həm də elitada komandanın şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin