
“Kəpəz” Küveyt klubu ilə qarşılaşacaq
“Kəpəz”in yoxlama oyunu keçirəcəyi növbəti rəqibin adına aydınlıq gəlib.
Komanda.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” klubu ilə görüşəcək.
İyulun 22-də Qəbələdə təşkil ediləcək görüş saat 17:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin